
Bakıda dənizdə batan 30 yaşlı kişinin meyiti axtarılır
FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, 1982-ci il təvəllüdlü Samir Sadiq oğlu Alicanovun Bakı şəhəri, Səbail rayonu ərazisində dənizdə batması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlamışdır. 5 sentyabr 2012-ci il tarixində aparılan axtarışlar nəticə verməmişdir. S.Alicanovun axtarışları üzrə əməliyyat davam etdirilir.
O.M.
Digər xəbərlər