Qazaxda qəza nəticəsində yük avtomobili yanıb, xəsarət alanlar var

Qazaxda qəza nəticəsində yük avtomobili yanıb, xəsarət alanlar var

6 Sentyabr 2012 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, Qazax rayonu, Çaylı kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus "Qazel" markalı yük avtomobili və digər vətəndaşa məxsus "BMW" markalı minik avtomobili toqquşmuşdur. Nəticədə, yanğın olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, yük avtomobilinin kabinə hissəsi yanmış, minik avtomobilinin sürücüsü yaralanmış və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişdir. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

O.M.