Kosovalıların adları divara yazılıb
Çoxları tərəfindən tanınmamış dövlət Kosovada 1998-1999 illər arasında baş vermiş döyüşlərdə yoxa çıxan 1800 vətəndaşın adı paytaxt Priştinada bir divara yazılıb.
Kosovanın Serbiyadan ayrılıb öz müstəqilliyini elan etdiyi bir vaxtda minlərlə kosovalı həlak olub.
Serbiya tərəfindən həbs edilən minlərlə kosovalılar haqqında isə o zamandan bəri heç bir məlumat verilməyib.
İşgəncələrlə öldürülən və bir məzarda basdırıldığı güman edilən kosovalıların yaxın adamları üstündən 11 il keçməsinə baxmayaraq, yoxa çıxmışların adlarını divara yazıblar.
Unudulanlar unudanları əsla unutmazlar...
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər