
Bakıda avtomobildən meyit tapılıb
Bakının Sabunçu rayonunda avtomobildən meyit tapılıb. Bu barədə Publika.Az-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, meyit Sabunçu rayonu ərazisində "Niva" markalı avtomaşınında aşkar edilib.
Meyitin üzərində zorakılıq əlamətləri görünməyib. Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs Bakı şəhər sakini Fariz Seyidverdiyevdir. Onun hansı səbəbdən ölməsi araşdırılır.
O.M.
Digər xəbərlər