
Paytaxtda piyadanın ölümü ilə nəticələnən daha bir yol qəzası baş verib
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Respublika Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, sentyabrın 5-də saat 17:30 radələrində Bilgəh qəsəbəsində "Lexus" markalı avtomobil yoldan keçən 1941-ci il təvəllüdlü bir qadını vurub. Nəticədə piyada ölüb. Hazırda faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər