Bakıda sərnişin avtobusu piyadanı vurub

Bakıda sərnişin avtobusu piyadanı vurub

6 Sentyabr 2012 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 5-də saat 20 radələrində Rəşid Behbudov küçəsində Bakı sakini Sübhan Ələsgərov idarə etdiyi "Daewoo" markalı 85 saylı sərnişin avtobusu ilə piyada Validə Novruzovanı vurub. Nəticədə V. Novruzova hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

O.M.