Bakıda iki sərnişin avtobusu qəzaya uğrayıb

Bakıda iki sərnişin avtobusu qəzaya uğrayıb

6 Sentyabr 2012 11:14
Bəyəndim (0) Bəyənmədim (0)

Milli.Az-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün saat 10 radələrində "Şamaxinka" ərazisində iki 170 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı avtobus toqquşub. Avtobuslardan biri qarşısında gedən sərnişin avtobusuna, o isə qarşısındakı minik maşınına çırpılıb. Qəza zamanı avtobusda olan sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb. Qəzanın səbəbi məlum deyil.

O.M.