Türkiyədə dəhşətli partlayış baş verib, 25 əsgər ölüb

Türkiyədə dəhşətli partlayış baş verib, 25 əsgər ölüb

6 Sentyabr 2012 10:07
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Silahlı Qüvvələrinin ölkənin Afyonkarahisar vilayəti ərazisindəki cəbbəxanasında partlayış baş verib. Regional TV-nin xəbərinə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı sentyabrın 5-də yerli vaxtla saat 21.15-də baş verən partlayış nəticəsində 25 əsgərin həlak olduğunu açıqlayıb.

Dəqiq səbəbi bəlli olmasa da, partlayışın cəbbəxanadakı əl qumbaralarının sayılması zamanı baş verdiyi bildirilir. Afyonkarahisar bələdiyyə başçısı Burhanəddin Çoban terror versiyasını istisna edib: "Cəbbəxanada 5 gündür hərbi sursatın sayılması proseduru həyata keçirilirdi. Bu gün proses yekunlaşacaqdı. Bu bölgə çox ciddi mühafizə olunur. Terror olması mümkün deyil".

O.M.