Cəbhədə atəşkəs yenidən pozulub

Cəbhədə atəşkəs yenidən pozulub

6 Sentyabr 2012 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyindən verilən məlumata görə, atışmalar əsasən Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə; işğal olunmuş Ağdam rayonunun Mərzili, Cəvahirli, Şıxlar; Goranboy rayonunun Tapqaraqoyunlu; Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və Xocavənd, Goranboy, Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdə qeydə alınıb.

Düşmən cavab atəşi ilə susdurulub.

O.M.