Bakıda 21 yaşlı gənc bədbəxt hadisə nəticəsində həyatını itirib

Bakıda 21 yaşlı gənc bədbəxt hadisə nəticəsində həyatını itirib

5 Sentyabr 2012 12:40
Bəyəndim (0) Bəyənmədim (0)
Əsgərlikdən yeni qayıdan oğlan qaldırıcı qurğudan yıxılıb

Ötən gün saat 12 radələrində Bakı şəhərinin Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib. Binəqədi rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsində inşa edilən stadionda 1991-ci il təvəllüdlü Orxan Aftandil oğlu Ramazanzadə qaldırıcı qurğudan yıxılıb.

Məlumata görə, 21 yaşlı oğlan qurğunu təmir etmək üçün hündürlüyü təxminən 10 metr olan qaldırıcının üstünə çıxıb və oradan yıxılıb. O. Ramazanzadə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bədbəxt hadisə nəticəsində ölən gənc Bakı şəhər, Səbail rayon, Bayıl qəsəbə sakinidir. O, bir neçə ay əvvəl hərbi xidmətdən qayıdıbmış və çox keçmədən ailəyə kömək məqsədilə işləməyə başlayıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

O.M.