
İmişlidə yol qəzasında avtomobil yanıb, 4nəfər yaralanıb
FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, İmişli rayonu, Qaralar kəndində İmişli-Kürdəmir yolunun 5-ci kilometrliyində vətəndaşa məxsus "MC" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. İlkin ehtimala görə, yanğına yol qəza hadisəsi səbəb olmuşdur. Avtomobilin sürücüsü və 3 nəfər sərnişini yaralı vəziyyətdə xəstəxanaya aparılmışdır. Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur.
O.M.
Digər xəbərlər