“Daily Times” qəzeti Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirdi

“Daily Times” qəzeti Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirdi

4 Sentyabr 2012 17:11
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur "Daily Times" qəzetində H.Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva haqda "Mehriban Əliyeva – humanizm simvolu" başlıqlı məqalə dərc edilib. Məqalədə əsasən Mehriban xanımın atılmış körpələr və qocalar evinə göstərdiyi maddi, mənəvi dəstəkdən, həmçinin, şikəst uşaqların cəmiyyətə inteqrasiya edilməsindən bəhs edilib. First Lady ilə bağlı yazılmış məqalədə həmçinin H.Əliyev Fondunun məscid və kilsələrin bərpasına göstərilmiş yardımdan da söz açılıb. Qələm sahibi Mehriban Əliyevanın dünyada mədəni və dini mərkəzlərin qorunması ilə bağlı işlər gördüyünü də vurğulayıb. O, H.Əliyev Fondunun dəstəyi ilə "Strasbourg Cathedral" kilsəsində, "Luvr" muzeyində və "Versay Sarayı"nda gedən bərpa işlərini misal göstərib.

Məqalədə Avropanın ən səviyyəli mahnı müsabiqəsi olan "Eurovision-2012"yə hazırlıq işlərinin birinci xanımımızın liderliyində gerçəkləşdiyi və qısa müddət ərzində Bakıda 23 min adamın yerləşə biləcəyi "Kristal Zal"ın tikildiyi vurğulanıb. M.Əliyevanın dəstəyi ilə 2007-ci ildə Pakistanın Muzəffərabad şəhərində zəlzələdən zərər çəkmiş insanlara H.Əliyev Fondunun yardımından da söz açılıb. Belə ki, həmin ərəfədə 500 nəfər qızın oxuya biləcəyi məktəb tikilmiş, Hayber Pahtunhva əyalətində Hepatit B virusuna qarşı mantu vurulmuş, Lakkı Marvatda pulsuz müayinə kursları açılmışdı. Bütün bu kimi xeyirxah əməllər "Daily Time" qəzetində öz əksini tapıb.

Könül Aypara

O.M.