Balakəndə 10 yaşlı uşaq yol qəzasında həyatını itirib

Balakəndə 10 yaşlı uşaq yol qəzasında həyatını itirib

4 Sentyabr 2012 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda 10 yaşlı uşağın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu barədə Apa-nın Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Qərb regional bölməsindən məlumat verilib. Məlumata görə, piyadanın ölümü ilə nəticələnən yol qəzası yolun Balakən rayonu Poçtbinə kəndi ərazisində qeydə alınıb. Balakən rayonunun Tülü kənd sakini Şukrayev Umudxan Məhəmməd oğlu idarə etdiyi "VAZ-21074" markalı, 10 MD 709 dövlət nişan nömrəli avtomobillə yolu keçmək istəyən piyada, 2002-ci il təvəllüdlü, Balakən rayon Poçtbinə kənd sakini Nurullayev Cəmaləddin Süleyman oğlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Cəmaləddin Nurullayev Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Cəmaləddin Nurullayev aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin Qərb regional bölməsindən cinayət işi başlayıb, araşdırma aparılır.

O.M.