
Şimali İrlandiyada baş verən toqquşmada 9 polis əməkdaşı yaralanıb
Belfasta yenidən katoliklər və protestantlar arasında toqquşmalar baş verib. Regional TV-nin xəbərinə görə, üçü ağır olmaqla, 9 polis əməkdaşı yaralanıb.
İğtişaşlar sentyabrın 2-də bir qrup protestantın respublikaçıların keçirdiyi parada hücum etməsindən sonra başlayıb. Nümayişçilər iğtişaşları yatırtmağa çalışan polis əməkdaşlarına daş və yandırıcı maddələrlə dolu şüşə qablar atıb. Toqquşmalarda əksəriyyəti polis əməkdaşları olmaqla 50 nəfər xəsarət alıb.
O.M.
Digər xəbərlər