Barak Obama söz-söhbətə son qoydu
Prezident taxtının sahibi olmamışdan əvvəl harada doğulması ilə bağlı başlanmış söz-söhbətə Barak Obama nəhayət ki, son qoyub.
Barak Obama dünən Amerika vətəndaşı olduğunu göstərən sənədi yayımlamaqla Keniyada doğulduğunu iddia edənlərə qarşı tutarlı cavab verib.
Respublikaçılar partiyası Barak Obamanın Keniyada doğulduğunu iddia edirdi.
Obama bu sənədləri Ağ Evin rəsmi internet saytında yerləşdirib. Sənədlərdə göstərilir ki, Obama ABŞ-ın Havay ştatının Honolulu şəhərində anadan olub.
Obama səhv iddiaların yayılması ilə bağlı bunları deyib: "Mənim bu cür axmaqlıqlara sərf ediləsi vaxtım yoxdur. Daha vacib işlərlə məşğul olmalıyıq."
İnanıram ki, Obama ağdərili olduğunu sübut edə biləcək sənədi də hazırlaya bilər...
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər