Çinin əhalisinin sayı 1.33 milyard olub

Çinin əhalisinin sayı 1.33 milyard olub

28 Aprel 2011 11:22
Bəyəndim (0) Bəyənmədim (0)



Çinin əhalisinin sayının müəyyən edilməsi ilə bağlı 2010-cu ildə aparılmış statistik hesablamanın nəticəsi açıqlanıb.

Açıqlamada Çinin Asiyadakı əhalisinin sayının 1.33 milyard olduğu göstərilib. Bu ölkənin əhalisinin 51.27 faizini kişilər, 48.73 faizini isə qadınlar təşkil edir.

Çində hər 6 oğlan uşağına 5 qız uşağı düşür.

Son hesablamalara görə Çinin şəhərlərdə yaşayan əhalisinin sayı 2010-cu ildən bəri 665.57 milyon nəfərə çatıb. Bu isə ümumi sayın 49.68 faizini təşkil edir.

Statistik məlumatlar Çinin Asiya hissəsindəki əhalisinin sayının 0.57 faiz artdığını göstərir.

Qeyd edək ki, Çində doğum sayının azalması nəticəsində yaşlı əhalinin sayı sürətlə artır. Statistik hesablamalarda ölkədə 14 və aşağı yaşda olanların sayının 16.6 faiz azaldığı və 2000-ci ilə görə 6.29 faiz azaldığı göstərilib.


Yaxşı ki, çinlilər düyü ilə qidalanırlar. Yoxsa dünyada çörək qıtlığı yaranardı...


Hafiz Əhmədov


O.M.