Ağcabədidə kanalda batan 29 yaşlı oğlanın cəsədi tapıldı

Ağcabədidə kanalda batan 29 yaşlı oğlanın cəsədi tapıldı

3 Sentyabr 2012 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

FHN-nin məlumatına görə, 01 sentyabr 2012-ci il tarixində Yuxarı Qarabağ kanalında Ağcabədi rayonunda keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 130 km aralıda) batmış 1983-cü il təvəllüdlü Məhərrəm İsa oğlu Əliyevin axtarışları başa çatmışdır. M. Əliyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 700-800 m aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.

O.M.