Tacikistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri vəfat etdi

Tacikistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri vəfat etdi

3 Sentyabr 2012 10:45
Bəyəndim (0) Bəyənmədim (0)

Tacikistanın Azərbaycandakı səfiri Zokir Vazirov uzun sürən xəstəlikdən sonra 64 yaşında vəfat edib. Tacikistan mətbuatının yaydığı məlumata görə, Z.Vazirov bir müddət əvvəl insult keçirərək Bakıdakı Mərkəzi Klinik Xəstəxanada müalicə olunurdu. Onun cənazəsi bu gün Düşənbəyə göndəriləcək.

Z.Vazirov 1948-ci ildə anadan olub. 2005-2007-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb. 2008-ci ildə Azərbaycanda səfir kimi fəaliyyət göstərib.

O.M.