Ramil Səfərovun azadlığa buraxılması erməniləri ayağa qaldırdı

Ramil Səfərovun azadlığa buraxılması erməniləri ayağa qaldırdı

31 Avqust 2012 20:27
Bəyəndim (0) Bəyənmədim (0)

Sabah Ermənistan Xarici İşlər Nazirliyi və Macarıstanın bu ölkədəki Konsulluğu qarşısında Ramil Səfərovun Azərbycana ekstradisiyası ilə bağlı etiraz nümayişləri keçiriləcək.

Modern.az erməni mətbuatına istinadla bildirir ki, bu aksiyaların təşəbbüsçüsü və təşkilatçısı "Hayazn" Birliyidir. Birliyin yaydığı bəyanatda bildirilir ki, "erməni zabit Qurgen Margaryanı qətl edən Azərbaycan Ordusunun zabiti Ramil Səfərov 31 avqustda Macarıstanın paytaxtındakı həbsxanadan Bakıya göndərildi və bağışlanıldı. Bütün bunlarda erməni tərəfinin günahı var. İllərdir bu mövzuya lazımınca diqqət göstərmədi, bu gün isə artıq hər hansı bir şeyi dəyişdirmək mümkün deyil. Sabah 1 sentyabrda saat 12:00-da Ermənistan Xarici İşlər Nazirliyi qarşısında aksiya keçiriləcək və nazirə bir tələbnamə təqdim ediləcək. Daha sonra aksiya iştirakçıları Macarıstan konsulluğuna hərəkət edəcəklər. Erməni cəmiyyətinin bu hərəkətə laqeyd qalmayacağı qənaətindəyik".

"Rəsmi İrəvanın baş vermiş fakta reaksiyası indi bir qəpiyə dəyməz". Bu barədə Ermənistanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvü Naira Zoqrabyan azərbaycanlı hərbiçi Ramil Səfərovun ölkəyə ekstradisiya edilməsini şərh edərkən bildirib. Erməni XİN-ni sərt ittiham edən Zoqrabyan qeyd edib ki, məhkəmənin elə ilk günündən Azərbaycan Səfərovun ekstradisiya edilməsinə çalışıb.

Daha sonra səfirləri ittiham edən Zoqrabyan deyib ki, "erməni səfirləri yalnız soyqırımı abidələri açmaqla başlarını girləyirlər".

O.M.