
ABŞ-ın müdafiə naziri dəyişib
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Leon Panetta ABŞ-ın yeni müdafiə naziri təyin olunub. Pentaqonun hazırkı rəhbəri Robert Qeyts pensiya yaşına çatdığı üçün iyun ayında vəzifədən gedəcək.
CİA-nın rəhbərliyinə isə Əfqanıstandakı NATO komandanlığının başçısı David Petraeus gətirilib.
"Euronews"un verdiyi xəbərə görə, Əfqanıstandakı NATO komandanlığına isə Amerikalı general Con Allen başçılıq edəcək.
Vəzifə dəyişikliyi ilə bağlı bu gün Ağ Ev tərəfindən rəsmi açıqlanmanın veriləcəyi gözlənilir.
Qeyd edək ki, Leon Panettanı bu vəzifəyə Qeyts özü təklif edib.
Digər xəbərlər