Azərbaycan Ordusunun əsgəri düşmən gülləsinə tuş gəldi

Azərbaycan Ordusunun əsgəri düşmən gülləsinə tuş gəldi

30 Avqust 2012 12:25
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Füzuli rayonu istiqamətində Ermənistan Silahlı Birləşmələrinin aşdığı atəş ordumuzun əsgəri İlkin Kamal oğlu Petiyevə dəyib. Yaralanan əsgər hospitala yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir.
Qeyd edək ki, dünən ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan tərəfi itki verib. Gizir Müşfiq İlham oğlu Bayramov düşmən gülləsinə tuş gəlib. M. Bayramov aldığı güllə yarasından şəhid olub.

O.M.