Füzulidə baş verən yol qəzasında iki hərbçi dünyasını dəyişib

Füzulidə baş verən yol qəzasında iki hərbçi dünyasını dəyişib

30 Avqust 2012 12:15
566
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Füzuli rayonunda ağır yol qəzası baş verib. Rayon Polis Şöbəsindən Apa -ya verilən məlumata görə, hadisə Horadiz şəhərində qeydə alınıb. "VAZ-2106" və "VAZ-2107" markalı iki avtomobilin toqquşması nəticəsində iki hərbçi ölüb. Ölən hərbçilər "N" saylı hərbi hissənin gizirləri – 1976-cı il təvəllüdlü Mərdan Mübariz oğlu Gözəlov və 1978-ci il təvəllüdlü Tural Telman oğlu Həsənovdur. Onların hər ikisi qəza zamanı "VAZ-2106"-da olub. Digər avtomobildə olan iki nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

O.M.