Ordumuzun əsgərinin ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Ordumuzun əsgərinin ölüm faktı ilə bağlı cinayət işi başlanıb

30 Avqust 2012 11:19
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycan Ordusunun əsgərinin ölümü ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Apa-ya Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildirilib. Məlumata görə, əsgər Novruzov Elşən Nəriman oğlunun xəstəlikdən ölməsi faktına görə, Bakı Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 2012-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılan, 1994-cü il təvəllüdlü Novruzov Elşən Nəriman oğlu avqustun 29-da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölümə səbəb kəskin ensefalit, fulminant gedişli (ildırım sürətli) serebral koma, (4-cü dərəcə) pərçim simptomu, (beyin kötüyü və beyincik badamcıqlarının böyük ənsə dəliyinə pərçim) toksiki nefrit, reaktiv pankreatit, infeksion – toksiki miokardit, kəskin ürək-damar və tənəffüs çatışmazlığı olub.
Silahlı Qüvvələrin və Səhiyyə Nazirliyinin baş mütəxəssisləri tərəfindən ən müasir müayinə və müalicə metodlarının tətbiqinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.

O.M.