
Ağcabədidə dəhşətli qəza: yük avtomobili minik avtomobilinin üstünə aşdı
FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, Ağcabədi rayonu, Mingəçevir-Bəhramtəpə yolunun 121-ci km-də vətəndaşa məxsus qoşqulu yük avtomobili idarəetməni itirərək yolun kənarında dayanmış digər vətəndaşa məxsus "VAZ-21011" markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol qəza hadisəsi baş vermişdir. Nəticədə "VAZ-21011" markalı minik avtomobilinin sürücüsü aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir. Yanğınsöndürən xilasedicilər tərəfindən kəsici alətlərdən istifadə olunmaqla meyit avtomobildən çıxarılıb aidiyyatı üzrə təhvil verilmişdir. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
O.M.
Digər xəbərlər