Nərimanov metrostansiyasında bomba həyəcanı yaşanıb

Nərimanov metrostansiyasında bomba həyəcanı yaşanıb

30 Avqust 2012 11:21
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün saat 21:00 radələrində Bakı Metropolitenində bomba həyəcanı yaşanıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Anspress-ə verilən məlumata görə, "Nərimanov" metrostansiyasının girəcəyində bomba qoyulması barədə məlumat daxil olub. Hadisə yerinə təcili yardım həkimləri də cəlb olunub. Lakin axtarışlar nəticəsində bomba tapılması barədə məlumat yanlış çıxıb.

O.M.