Şamaxıda 36 yaşlı qadın intihar edib

Şamaxıda 36 yaşlı qadın intihar edib

30 Avqust 2012 11:34
Bəyəndim (0) Bəyənmədim (0)

Şamaxı rayonunda intihar hadisəsi baş verib. Apa-nın məlumatına görə, hadisə avqustun 30-da gecə saat 2:00 radələrində Şamaxı şəhərinin S.Vurğun küçəsindəki 5 saylı evdə qeydə alınıb. Evin xanımı 1976-cı il təvəllüdlü Əsədova Simnarə Akif qızı vanna otağında özünü kəndirlə asaraq intihar edib. İki uşaq anası S.Əsədovanın intihar etməsinin səbəbi hələ ki, məlum deyil. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

O.M.