“Opel” çaya düşdü, 1 nəfər öldü, 4 nəfər yaralandı

“Opel” çaya düşdü, 1 nəfər öldü, 4 nəfər yaralandı

30 Avqust 2012 10:07
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xızı rayonunun Giləzi kəndi ərazisində vətəndaşa məxsus "Opel" markalı minik avtomobili idarəetməni itirərək Giləzi çayına aşmışdır. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Hadisə şahidlərinin bildirdiklərinə əsasən, sürücü Hacıyev Sahib Hüseyn oğlu hadisə yerində vəfat etmiş, avtomobildə olan 4 nəfər sərnişin isə xəsarət almışdır. Qeyd olunan şəxsin cəsədi və yaralılar hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılmışlar.

O.M.