
Cəbhədə atəş səsləri səngimir
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şuraabad, Mərzili, Cəvahirli, Tərtər rayonunun Yarımca, Göyarx, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Düşmən cavab atəşi ilə susdurulub.
O.M.
Digər xəbərlər