Xaçmazda reyd: havanı “zəhərləyən” avtomobil sahibləri cərimələndi

Xaçmazda reyd: havanı “zəhərləyən” avtomobil sahibləri cərimələndi

29 Avqust 2012 11:14
Bəyəndim (0) Bəyənmədim (0)
“Təmiz hava aylığı” çərçivəsində bu gün Xaçmazda növbəti reyd keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı ərazi idarəsi ilə Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbir zamanı 100-ə yaxın nəqliyyat vasitəsi saxlanılıb. Avtomobildən havaya buraxılan zəhərli qazın normadan artıq olduğu 30 nəqliyyat vasitəsi sürücüsü barədə qanuna müvafiq qaydada inzibati protokol tərtib edilib.

Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Əliağa Əskərbəyli RTV-yə bildirib ki,atmosferə normadan artıq zəhərli qazlar daha çox keçmiş sovet istehsalı olan avtomobillərdən buraxılır.

Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları "təmiz hava aylığı" çərçivəsində sürücüləri, fərdi vətəndaşları, fiziki və hüquqi şəxsləri maarifləndirir, istehsal müəssisələri və təşkilatlarda ekoloji təbliğat işləri aparırlar. Təmiz hava aylığı çərçivəsində maarifləndirmə tədbirləri avqustun 31-dək davam edəcək.

O.M.