
“Azərsu” Sumqayıt Dövlət Universitetini məhkəməyə verib
"Azərsu" ASC Sumqayıt Dövlət Universitetini məhkəməyə verib. Apa-nın məlumatına görə, "Azərsu" ASC yaranmış borcun ödənilməsi barədə iddia ilə 1 saylı Bakı Yerli İnzibati – İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardaddan apellyasiya şikayəti verilib. Lakin apellyasiya şikayəti də təmin olunmayıb. Hazırda işə Ali Məhkəmədə "Azərsu" ASC-nin verdiyi kassasiya şikayəti əsasında baxılır.
O.M.
Digər xəbərlər