
Bakıda yüksək gərginlikli elektrik xətti avtomobilin üstünə düşüb
FHN-nin məlumatına görə, Bakı şəhəri, Qaradağ rayonunda yüksək gərginlikli elektrik xətti vətandaşa məxsus "DONQFENQ" markalı yük avtomobilinin üzərinə düşmüşdür. Nəticədə, avtomobilin qoşqusunun 2 ədəd arxa təkəri, qoşqunun taxtadan ibarət döşəməsi 2 kv.m sahədə və 6 kv.m sahədə tentdən ibarət üst örtüyü yanmış, cərəyan vurması nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri almış sürücü xəstəxanaya aparılmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur.
O.M.
Digər xəbərlər