
Bakı çimərliklərində və Mingəçevir su anbarında batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas olundu
FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri, Binəqədi və Xəzər rayonlarında dənizdə və Mingəçevir şəhərində su anbarında (müvafiq olaraq "Novxanı" sularda xilasetmə məntəqəsinin ərazisində, "Sahil-1" sularda xilasetmə məntəqəsindən, təxminən, 700 metr məsafədə, nəzarət olunmayan ərazidə və "Mingəçevir" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.
O.M.
Digər xəbərlər