Bakıda əl qumbarası aşkarlandı

Bakıda əl qumbarası aşkarlandı

29 Avqust 2012 11:33
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisə bu gün səhər saatlarında baş vermişdir

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxilolmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonu , Azadlıq prospekti 144 ünvanında partlayıcı qurğu aşkarlanmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Nazirliyin mütəxəssisləri hadisə yerinə baxış keçirən zaman bir ədəd istifadəyə yararsız "F-1" markalı əl qumbarası aşkar etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Həmçinin hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 10:02-də başa çatmışdır.

O.M