Bakıda iki nəfər yollarda can verdi

Bakıda iki nəfər yollarda can verdi

29 Avqust 2012 10:48
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün paytaxt ərazisində 2 piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidovanın ANS PRESS-ə verdiyi məlumata görə, hadisənin biri saat 17:45 radələrində Nizami rayonu ərazisində baş verib. Belə ki, minik avtomobili 10-12 yaşlarında olan şəxsiyyəti hələlik müəyyən olmayan oğlan uşağını vurub. Hadisə nəticəsində uşaq xəstəxanaya aparılarkən keçinib. Meyitin sahibi hələ ki, çıxmadığı üçün onu "Azərsutikinti" xəstəxanasının meyitxanasına aparıblar.

Digər hadisə isə saat 21:00 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində baş verib. Minik avtomobili 39 yaşlı kişini vurub. Hadisə nəticəsində kişi yerindəcə ölüb.

O.M.