Bərdədə ərzaq mağazası yanıb

Bərdədə ərzaq mağazası yanıb

28 Avqust 2012 10:32
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bərdə rayonu, Otuzikilər kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisində olan ərzaq malları yanmışdır. Yaxınlıqdakı digər mağaza yanğından mühafizə olunmuşdur.

O.M.