Samur-Abşeron kanalında batan şəxsin cəsədi tapıldı

Samur-Abşeron kanalında batan şəxsin cəsədi tapıldı

28 Avqust 2012 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

FHN-nin məlumatına görə, Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən təxminən, 7 km məsafədə, nəzarət olunmayan ərazidə) batmış 1981-ci il təvəllüdlü Novruz Qurban oğlu Yunusovun axtarışları başa çatmışdır. N.Yunusovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 200 m aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.

O.M.