
Lənkəranda konserv zavodunda yanğın oldu
FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran rayonu, Sütəmurdov kəndində (rayon mərkəzindən 17 km aralı) yerləşən konserv zavodunun soyuducu anbarının dam örtüyünün yanar konstruksiyaları, içərisində olan plastik qablar və taralar 400 kv.m sahədə yanmışdır. Zavodun inzibati binası, istehsalat sexləri, 2 ədəd generator və 8 ədəd soyuducu yanğından mühafizə olunmuşdur.
O.M.
Digər xəbərlər