
Goranboyda “Kamaz” “Daf” ilə toqquşub: 2 ölü, 1 yaralı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Goranboy rayonunda Bakı-Qazax yolunun 325-ci kilometrliyində "DAF" və "KAMAZ" markalı 2 yük avtomobili toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "DAF" markalı avtomobilin sürücüsü və 1 nəfər sərnişini ölmüş, biri yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Yanğınsöndürən-xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədləri müvafiq qaydada avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil verilmişdir. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
O.M.
Digər xəbərlər