
Bakıda mənzilində köməksiz vəziyyətdə qalan 89 yaşlı qadın halsız vəziyyətdə aşkarlandı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1923-cü il təvəllüdlü qadın mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından keçərək daxil olmuşdur. Mənzildə halsız vəziyyətdə aşkarlanmış qadın hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir.
O.M.
Digər xəbərlər