
Bakıda iki "Jiquli" və "Ford" toqquşub, 2 nəfər yaralanıb
Bu gün saat 09:00 radələrində Bakının Suraxanı rayonu Binə-Savxoz yolunda zəncirvari yol qəzası baş verib. Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, iki "VAZ-2107" və "Ford" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər