Hacıqabulda ötüşən avtomobil qəza törətdi: 3 aylıq körpə dünyasını dəyişdi

Hacıqabulda ötüşən avtomobil qəza törətdi: 3 aylıq körpə dünyasını dəyişdi

28 Avqust 2012 11:04
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Hacıqabul rayonunda dəhşətli yol qəzası baş verib. Bu barədə Apa-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib. Hadisə avqustun 27-də axşam saatlarında Bakı-Qazax yolunun Pirsaat kəndi ərazisində qeydə alınıb. Şirvan şəhər sakini, 1988-ci il təvəllüdlü Cəbiyev Rəşad Məhəbbət oğlunun idarə etdiyi "VAZ 2107" markalı 90 LP 367 dövlət nömrə nişanlı avtomobil, Şirvan sakini, 1987-ci il təvəllüdlü Babayev Elmar Yolçu oğlunun idarə etdiyi "VAZ 21015" markalı 50 CH 252 dövlət nömrə nişanlı avtomobillə ötüşərkən ikinci maşın yolun qoruyucu hissəsindəki dəmir səddə çırpılaraq idarəetməni itirib. Bu zaman avtomobil sağ tərəfdə hərəkət edən maşına dəyib və yoldan çıxaraq dərəyə aşıb. Nəticədə maşında olan 3 aylıq körpə, Şirvan sakini Mustafayeva Həvva Daşqın qızı ağır xəsarət alıb. Körpə Şirvan Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı BDYPİ-nin istintaq idarəsində araşdırma aparılır.

O.M.