Ermənilər işğal etdiyi Azərbaycan torpaqlarında hərbi təlimlər keçirirlər

Ermənilər işğal etdiyi Azərbaycan torpaqlarında hərbi təlimlər keçirirlər

28 Avqust 2012 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında bir neçə gün əvvəl başlanan hərbi təlimləri davam edir. Apa-nın xəbərinə görə, bu gün saat 09.30 radələrindən rayonun işğal altında olan ərazilərində güclü partlayış səsləri eşidilir. Düşmən rayonun işğal olunmuş Uzundərə və Şahbulaq dağı ərazisində irimiqyaslı təlimləri davam etdirir. Məşğələ-manevr xarakterli təlimlərdə ağır artilleriya, zirehli texnika və motoatıcı silahlardan istifadə olunur. Qeyd edək ki, Ermənistan ordusu işğal altında saxladığı Azərbaycan torpaqlarında bir neçə gün əvvəl də hərbi təlimlər keçirib.

O.M.