Qazaxın təmas xəttində monitorinq keçiriləcək

Qazaxın təmas xəttində monitorinq keçiriləcək

28 Avqust 2012 10:03
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 29-da Azərbaycan Respublikasının Qazax rayonu Cəfərli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Antal Herdiç keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Jiri Aberle və ofisin əlaqələndiricisi Piter Ki keçirəcəklər.

O.M.