Meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti olacaq

Meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti olacaq

27 Avqust 2012 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında avqustun 28-də hava şəraitinin az buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 28-33 dərəcə isti olacaq.
Avqustun 28-dən 30-dək Abşeron yarımadasında gündüz isti diskomfort hava şəraiti fonunda bəzi saatlarda rütubətliyin nisbətən çox olması meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

O.M.