Mingəçevir su anbarında qayıqda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib

Mingəçevir su anbarında qayıqda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib

27 Avqust 2012 10:43
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Mingəçevir su anbarında (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 10 km məsafədə, nəzarət olunmayan ərazidə) qayığın mühərrikinin xarab olması səbəbindən içərisində olan 5 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Vətəndaşlar xilas olunmuş, qayıq yedəyə alınaraq sahilə gətirilmişdir.

O.M.