Şamaxıda dağlıq ərazidə baş verən yanğının söndürülməsinə iki helikopter cəlb olundu

Şamaxıda dağlıq ərazidə baş verən yanğının söndürülməsinə iki helikopter cəlb olundu

27 Avqust 2012 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 26.08.2012-ci il tarixində saat 09:21 radələrində Dövlət Yanğından Mühafizə Xidmətinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu, Osmanbəyli kəndinin dağlıq ərzisində quru ot və kol-kos sahəsi yanır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, yanğının meşə zolağına keçmə ehtimalı var. Dərhal Fövqəladə Hallar Nazirliyinin DYMX-nın canlı qüvvə və texnikası, həmçinin Aviasiya Dəstəsinin iki ədəd helikopteri yanğının söndürülməsinə cəlb olunmuşdur. Yanğın saat 21:35 radələrində məhdudlaşdırılmış və meşə zolağına keçməsinin qarşısı alınmışdır. Yanğının sahəsi 20-25 ha ərazini əhatə etmişdir.

O.M.