Huşunu itirən 23 yaşlı qız FHN əməkdaşları tərəfindən xilas edilib

Huşunu itirən 23 yaşlı qız FHN əməkdaşları tərəfindən xilas edilib

27 Avqust 2012 10:14
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində, mənzildə, bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından 5-ci mərtəbədə yerləşən həmin mənzilin eyvanına enərək içəri daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1989-cu il təvəllüdlü Rüstəmova Günay Afət qızı huşsuz vəziyyətdə aşkarlanmış və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilmişdir.

O.M.