Kürdəmirdə "Vaz-2106" "Kamaz" ilə toqquşub

Kürdəmirdə "Vaz-2106" "Kamaz" ilə toqquşub

27 Avqust 2012 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyindən verilən məlumta görə, Kürdəmir rayonu, Atakişili kəndində vətəndaşa məxsus "VAZ-2106" markalı minik avtomobilinin digər vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol qəza hadisəsi baş vermişdir. Nəticədə "VAZ-2106" markalı minik avtomobilin sürücüsü ağır bədən xəsarətləri alaraq hadisə yerində vəfat etmişdir. Minik avtomobilində olan iki sərnişin isə ağır bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla minik avtomobilindən çıxarılaraq təcili yardım xidmətinə təhvil verilmişlər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əməliyyat saat 19:41-də başa çatmışdır.

O.M.