Şəkidə zəlzələ olub

Şəkidə zəlzələ olub

27 Avqust 2012 10:05
481
Bəyəndim (0) Bəyənmədim (0)

26 avqust 2012-ci il tarixində saat 18:31-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 26 avqust 2012-ci il tarixində Bakı vaxtı ilə saat 17:37-də Şəki şəhərindən 10 km şimal-qərbdə zəlzələ qeydə alınmışdır.Yeraltı təkanların gücü episentrdə 12 ballıq cədvəl üzrə 3,0 bal təşkil etmişdir. Zəlzələ Şəki şəhərində 2 bala qədər hiss olunmuşdur. İnsan tələfatı və dağıntı haqqında məlumat daxil olmamışdır.

O.M.