Qaxda bıçaqlanma hadisəsi baş verib

Qaxda bıçaqlanma hadisəsi baş verib

27 Avqust 2012 10:32
Bəyəndim (0) Bəyənmədim (0)

Qax şəhər sakini həmyerlisini bıçaqlayıb. Bu barədə Apa-ya Qax rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, 1955-ci il təvəllüdlü, Qax şəhər sakini Heydərov Abid Həbib oğlu həmyerlisi 1972-ci il təvəllüdlü, Qax şəhər sakini Rzayev Əfqan Nizami oğlunu döş qəfəsindən bıçaqlayaraq hadisə yerindən qaçıb. Xəsarət alan Əfqan Rzayev Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, onun üzərində cərrahiyə əməliyyatı aparılıb. Qax RPŞ-nin əməkdaşlarının səyi nəticəsində hadisəni törədən Abid Heydərov rayon ərazisİndə saxlanılaraq istintaqa təhvil verilib. İlkin araşdırma zamanı Abid Heydərov həmyerlisini şəxsi münaqişə zəminində bıçaqladığını bildirib. Faktla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

O.M.